Ramiz Mehdiyevin AMEA-da üzvlüyü məsələsinə baxılır
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli jdeyib

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında üzvlüyü məsələsinə baxılır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
"Biz də son hadisələrə çox təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq, ona uyğun qərar veriləcək", - o qeyd edib.
Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.