Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib
Eldar Əmirov dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur
AMEA Prezidenti katibliyinin keçmiş rəisi Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib.
Bu barədə Səbail rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, istintaq orqanın təqdimatı əsasında Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Eldar Əmirov dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxt onun köməkçisi olub.
1 dəqiqədən az