Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edilib
Bu barədə yerli KİV məlumat verib
Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə yerli KİV Prezident İlham Əliyevin müvafiq Sərəncam imzaladığını yazır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teymur Mehdiyevin vəzifəsindən azad olunmasını təsdiqləyiblər.
Yeri gəlmişkən FHN-nin saytından Teymur Mehdiyevin adı çıxarılıb.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
1 dəqiqədən az