XƏBƏRLƏR / İctimaiyyət

Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev azadlıqda

Bu barədə Rusiyanın "Telegram" kanalları xəbər verir

Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev azadlıqda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın "Telegram" kanalları Satira Teatrının keçmiş direktoru Məmmədali Ağayevin Rusiyada azadlığa buraxılması ilə bağlı xəbər yayıb. O, avqustun 29-da Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən dövlət büdcəsindən 20 milyon rubl mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

    Keçmiş teatr direktorunun yaxınlarının hesablarının dondurulduğu da bildirilib.

    Qeyd edək ki, Məmmədəli Ağayev 1992-2021-ci illərdə Satira Teatrına rəhbərlik edib. O, bir sıra dövlət mükafatlarına və fəxri adlara, o cümlədən Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, “Dostluq” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Rusiya Federasiyasının Əməkdar artisti, Azərbaycanın “Dostluq” ordenlərinə layiq görülüb.