Müxalifətçi Tofiq Yaqublu saxlanılıb
Müsavat Partiyasının üzvü və keçmiş siyasi məhbusun evində axtarış gedir

Dekabrın 14-də axşam Nərimanov rayon polisi siyasi fəal, Müsavat Partiyasının üzvü və keçmiş siyasi məhbus Tofiq Yaqublu saxlanılıb. Onun mənzilində axtarış gedir. Bu barədə onun qızı bildirib. O, baş verənlərin səbəbini bilmir.
Yaqublu hakimiyyəti kəskin şəkildə tənqid etməsi ilə məşhurdur, buna görə dəfələrlə polis tərəfindən saxlanılıb və mühakimə olunub.
DİN olayla bağlı hələ açıqlama verməyib.