Ramzan Kadırov səhər namazından VİDEO yaydı

Bu barədə çeçen lideri telegram kanalında paylaşım edib

  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Əssalamu əleyküm! Bizə səhər namazını qılmaq kimi nemət bəxş edən Uca Allaha həmd olsun. Məhəmməd Peyğəmbərin (s) hədisində deyilir ki, sübh namazını qılan Allahın himayəsindədir. Həmçinin, Uca Peyğəmbər (s) buyurur: “Sübh namazından əvvəl qılınan iki rükət dünya və dünyadakı hər şeydən daha xeyirlidir.”

    Peyğəmbərin hədislərinə əməl edərək sübh namazını Məhəmməd Peyğəmbərin (s) əmisi Həmzət adına məsciddə qıldıq. Bu saatlarda ibadət etməyin faydaları çox böyükdür. Namazdan sonra oturduğu yerdən qalxmadan Allahı zikr edən şəxs üçün mələklərin bağışlanma dilədiyi deyilir. Bu mübarək zamanda Uca Yaradana dua edirik ki, günahlarımızı bağışlasın və Onun hüzurunda dərəcəmizi artırsın. Allah yaxşı əməllərimizi qəbul etsin!".

    Bunu çeçen lideri Ramzan Kadırov telegram kanalında yazıb. O, həmçinin görüntülərini paylaşıb.