XƏBƏRLƏR / Hava

Rayonlarda leysan yağlr

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Rayonlarda leysan yağlr
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçir.

    Belə ki, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Tərtər, Şəmkir, Balakən, Zaqatala, Şəkidə arabir leysan xarakterli yağış yağır.

    Yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.