XƏBƏRLƏR / Hava

Sabah 23 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir

Sabah 23 dərəcə isti olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 1-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.