XƏBƏRLƏR / Müttəfiq

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidentini və xanımını Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli aeroportundan yola salıblar FOTO

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb.

    Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yola salıblar.