Rəisi Paşinyanla telefonla danışıb
Tərəflər qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların vacibliyini vurğulayıblar
Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Həmsöhbətlər regional hadisələri, o cümlədən Ermənistan və İran arasında münasibətlərin gələcək inkişafı və gündəlikdəki məsələləri müzakirə ediblər.
Tərəflər qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların vacibliyini vurğulayıblar.