XƏBƏRLƏR / Mədəniyyət

Rəssamlıq Akademiyasının rektoru dəyişdi

Ömər Eldarov rektor vəzifəsindən azad edilib

Rəssamlıq Akademiyasının rektoru dəyişdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vəzifəsindən azad edilib.

    Başqa bir sərəncamla İlham Əliyev Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilsin.

    Natiq Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, oranı "Fərqlənmə diplomu" ilə bitirib.

    1980-1983-cü illərdə Lenin təqaüdçüsü olub.

    Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyıb.