XƏBƏRLƏR / Məhkəmə

Robert Köçəryanın oğlu Sedrakın həbs müddəti uzadılıb

Bu barədə yerli media məlumat yayıb

Robert Köçəryanın oğlu Sedrakın həbs müddəti uzadılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan məhkəməsi sabiq prezident Robert Köçəryanın (hərbi cani - ANS Press) böyük oğlu - Sedrakın həbs müddətini daha iki ay uzadıb.

    Bu barədə yerli media məlumat yayıb.

    Sedrak Köçəryan atası ilə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və rüşvət almada (rüşvət almağa kömək etmədə) ittiham olunur.

    Qeyd edək ki, Robert Köçəryanın həbs müddətinin uzadılıb-uzadılmaması barədə məhkəmə qərarı saat 17:30-da elan ediləcək. 

    Xatırladaq ki, Robert Koçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. 24 avqustda Baş prokuror Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

    Köçəryan 1998-2008-ci illərdə Ermənistan Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir. Köçəryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub, evində axtarış aparılıb.