Robert Koçaryanın talan etdiyi varidatı müsadirə edirlər
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Koçaryan və ona bağlı şəxslərin əmlakına həbs qoyub
Eks-prezident Robert Koçaryanın və onun ailə üzvlərinin qeyri-qanuni mənşəyinə görə əmlakını, avtomobillərini, pul əmanətlərini müsadirə etmək istəyirlər.
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bəyanatı əsasında eks-prezidentin və ona bağlı şəxslərin əmlakına həbs qoyub. Söhbət 20 ədəd daşınmaz əmlakdan, 2 avtomobildən, 1,5 milyon dollar dəyərində depozit və qiymətli kağızlardan, 10 milyard dramlıq (26 mln dollar) istiqraz, həm də erməni və xarici şirkətlərdəki səhmlərindən gedir.