XƏBƏRLƏR / Məhkəmə

Ruben Vardanyanın həbs müddəti 5 ay uzadıldı

İşə Bakının Səbail Rayon Məhkəməsində baxılıb

Ruben Vardanyanın həbs müddəti 5 ay uzadıldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:25

    Səbail Rayon Məhkəməsində Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müraciətə baxılıb.

    Onun həbsdə saxlanma müddəti daha 5 ay uzadılıb.

    ***

    12:15

    Bakının Səbail Rayon Məhkəməsi keçmiş separatçı rejimin “dövlət naziri” beynəxalq dələduz Ruben Vardanyanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxır.

    Cinayət işi üzrə istintaqın davam etdiyi Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi məhkəməyə vəsatət qaldırıb.

    Sentyabrın 27-də “Laçın” sərhəd-keçid məntəqəsində saxlanılan Ruben Vardanyan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3-cü (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, habelə bu cinayətlərdə iştirak etmə) maddələri ilə ittiham olunub. onların fəaliyyəti) və 318.1-ci (müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədindən buraxılış məntəqəsindən kənarda Azərbaycan Respublikasının dövlət sərhədini keçmə) maddələri ilə barəsində həbs-qətimkan tədbiri seçilib.