XƏBƏRLƏR / Neft və Qaz

Rusiya Azərbaycana neft ixracını 4 dəfə artırıb

Bu ilin ilk ayında Azərbaycan Rusiyaya neftinə görə 55 milyon dollardan çox vəsait ödəyib

Rusiya Azərbaycana neft ixracını 4 dəfə artırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci ilin ilk ayında Rusiyadan Azərbaycana xam neft və neft məhsullarının ixracı 4 dəfədən çox artaraq 114 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 27 min ton olub.

    Rusiyadan idxal üçün ödənilən məbləğ də təxminən 4 dəfə artıb. Əgər 2024-cü ilin yanvarında qarşı tərəfə Rusiyadan neft idxalına görə 15 milyon dollardan çox ödəniş edilibsə, bu ilin ilk ayında bu rəqəm 55 milyon dolları keçib.

    Azərbaycanın ümumi neft ixracından əldə etdiyi gəlirlər iki dəfədən çox artıb.

    Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycan neft ixracından 1 milyard 903 milyon dollar əldə edib. Gəlir 35,78 min dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,2 dəfə və ya 120,4% çoxdur.