XƏBƏRLƏR / Neft və Qaz

“Ümid” yatağından nə qədər qaz hasil olunub?

Bu barədə Energetika Nazirliyi xəbər verir.

“Ümid” yatağından nə qədər qaz hasil olunub?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 01.11.2025-ci il tarixinədək təqribən 12,7 mlrd. kubmetr qaz hasil olunub.

    Bu barədə Energetika Nazirliyi xəbər verir.

    Məlumata görə, hesabat dövründə yataqdan 1,9 mln. ton qaz kondensatı çıxarılıb.

    Yataqdan sutkada orta hesabla hasilat 7 mln. kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.

    ““Ümid” yatağının kəşfindən 15 il ötür. “Ümid” Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır”, - məlumatda qeyd olunub.