Rusiya Azərbaycana "Pantsir-S1" ZRS-ni satmaq istəyir
Bu barədə Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSMTC) rəhbəri Dmitri Şuqayev bildirb
Rusiya Azərbaycana "Pantsir-S1" zenit-raket sistemlərinin (ZRS) ən son modifikasiyası olan olan "Pantsir SMD-E" və hava hədəfinin məhv edilməsi sistemi "TKB-1167" tədarük edə bilər.
Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSMTC) rəhbəri Dmitri Şuqayevin sözlərinə görə, Rusiya Azərbaycana "Pantsir-S1" zenit-raket və top sistemləri tədarük etmək istəyir.

"Bu məhsullara müştərilərimiz arasında böyük tələbat var. Düşünürəm ki, bir müddət sonra Azərbaycanla razılığa gələcəyik və onlar bu qənaətə gələcəklər", - Şuqayev "Zvezda" telekanalında bildirib.
Şuqayev həmçinin bildirib ki, Rusiya Azərbaycana zirehli texnika təmiri müəssisələrinin tikintisinə və modernləşdirilməsinə kömək edəcək.
Bu, hazırda ölkənin ordusunda xidmətdə olan nəqliyyat vasitələrinə aiddir.
FSVTS direktoru bildirib ki, "bu barədə bütöv bir proqram imzalanıb".
1 dəqiqədən az