Rusiya baş nazirinin müavini Overçuk İrəvandadır
Kommunikasiyaların açılmasına cavabdeh olan məmur baş nazir Paşinyanla görüşüb
Overçuk İrəvandadır.
Rusiya Federasiyası baş nazirinin müavini ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə ikitərəfli gündəm və Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Bundan əvvəl Moskva Bakı və İrəvanı Cənubi Qafqazda kommunikasiyaların açılması üçün üçtərəfli qrupun işini bərpa etməyə çağırıb.