Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edir
İrəvandan gələn 60-a yaxın yük maşını Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsində saxlanılıb
Rusiya Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladı. Erməni konyakı ilk hücuma məruz qalıb.
Erməni KİV-ləri xəbər verir ki, Ermənistandan gələn 60-a yaxın konyakla dolu yük maşını Rusiyaya buraxılmayıb və “Yuxarı Lars” keçid məntəqəsində saxlanılıb. Maşınlara Ermənistandan Rusiyaya müxtəlif istehsalçılardan, o cümlədən Ararat və Noydan ixrac edilən konyaklar yüklənib.
Qadağası rəsmi olaraq onunla əsaslandırılır ki, konyak onun həqiqiliyini müəyyən etmək üçün ekspertizadan keçməlidir.