XƏBƏRLƏR / Neft və Qaz

Rusiya Ermənistanın qazını 11 günlük kəsəcək

Bu barədə Rusiyanın "Qazprom" şirkəti məlumat yayıb

Rusiya Ermənistanın qazını 11 günlük kəsəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyada Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərində planlaşdırılan təmir və texniki xidmət işləri ilə əlaqədar olaraq, Ermənistana təbii qaz təchizatı 15-25 sentyabr tarixlərində dayandırılacaq.

    Bu müddət ərzində istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə təbii qaz təchizatı hesabına təmin ediləcək.