Rusiya İCAO Şurasına namizədliyini bərpa etmək istəyir
Bu canfəşanlığı Moskva AZAL təyyarəsi haqda yekun hesabatın dərc edilməsi ərəfəsində edir

Rusiya Federasiyasının nümayəndə heyəti Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Kanadanın Monreal şəhərində keçirilən Assambleyasının 42-ci sessiyasında iştirak edib. Sessiya 23 sentyabrdan 3 oktyabradək keçirilir.
Rusiya tərəfi İCAO Şurasına namizədliyini bərpa etmək istəyir. Bunu "bərabərlik, qarşılıqlı hörmət və siyasiləşmənin olmaması" ilə izah edir" və "qlobal aviasiyanın inkişafına mühüm töhfə verməyə davam etməyə hazır olduğunu" vurğulayıb.
Assambleyanın kənarlarında Rusiya nümayəndə heyəti hava nəqliyyatından tutmuş uçuşa yararlılıq və sertifikatlaşdırmaya qədər cari əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ICAO-ya üzv dövlətlərlə təxminən 30 ikitərəfli görüş keçirməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycan Hava Yollarına məxsus Embraer 190 2024-cü ilin 25 dekabrında Rusiya səmasında Hava hücumundan müdafiə qüvvələri tərəfdən Qroznı yaxınlığında vurulmuşdur. Nəticədə Qazağıstanın Aktau şəhəri yaxınlığında qəzalı eniş edən təyyarənin ekipaj üzvləri və sərnişinləri arasında 38 nəfər həlak olmuş, 29 nəfər xilas olunmuşdur. Qəza haqda yekun hesabat bu ilin dekabr ayının sonlarında dərc edilməlidir.