Rusiya ilə İran Xəzər dənizində hərbi təlim keçirirlər
Bu barədə İran mənbələri xəbər verir

Rusiya və İran Hərbi Dəniz Qüvvələri birgə “Xəzər dənizi-2025” (CASAREX 2025) dəniz hərbi xilasetmə təlimləri keçirir.
"Mehr"in verdiyi xəbərə görə, Rusiya hərbi gəmisi artıq birgə təlimlərin ümumi ərazisinə daxil olub.
Mövcud məlumata görə, Rusiyanın “SB738” gəmisini İran Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılayıb. Bu gəmi Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının bir hissəsidir.
Rəsmi məlumata görə, təlimlər iyulun 21-də Xəzər dənizində başlayıb və üç gün davam edəcək. Tədbir İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının bazasında “Təhlükəsiz və etibarlı Xəzər dənizi naminə birlikdə” devizi altında keçirilir.