XƏBƏRLƏR / Rəsmi

Rusiya ilə sərhəd rayonlarımızda polis postları qoyuldu FOTO

9 sərhədyanı rayonda "Sərhəd-sipər" əməliyyatları elan olunub

Rusiya ilə sərhəd rayonlarımızda polis postları qoyuldu FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün səhər saat 6-dan Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən şimal və şimal-şərq rayonlarında - Qusar, Quba, Xaçmaz, Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Qax rayonlarında ənənəvi "Sərhəd-sipər" əməliyyatları başlayıb.


    Əməliyyatlar Azərbaycan və Rusiyanın daxili işlər nazirlikləri arasında bağlanan qarşılıqlı sazişə əsasən aparılır.

    Analoji əməliyyatlara Rusiyanın Dağıstan Respublikasının Azərbaycanla həmsərhəd rayonlarında da start verilib.

    "Sərhəd-sipər" əməliyyatlarının keçirilməsində məqsəd iki qonşu ölkə arasında  mövcud olan əməkdaşlıq əsasında mütəşəkkil  cinayətkarlığa, narkobiznesə və digər cinayətkarlığa qarşı  birgə mübarizə  aparmaqdır.



    Artıq ölkəmizin sərhəd rayonlarında polis postları qoyulub.

    Rayonlara  daxil olan nəqliyyat vasitələri postlarda yoxlanılır. Əməliyyatlar zamanı yerli əhalidə olan qanunsuz silahların təhvil verilməsi də tələb olunur.



    Silahları könüllü təhvil verənlərin məsuliyyət daşımadığı barədə əhali arasında izahedici söhbətlər aparılır.

    Ənənəvi "Sərhəd-sipər" əməliyyatları bir həftə davam edəcək.