Rusiya ilə Ukrayna əsir mübadiləsi həyata keçirib FOTO
Hər tərəf 205 əsir təhvil verib

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya 205 ukraynalı əsiri Kiyevə, Ukrayna da 205 rusiyalı əsiri Moskvaya qaytarıb.
Mübadilə mayın 6-da baş tutub.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, azad edilən rusiyalı əsgərlər hazırda Belarusdadırlar.
“Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı verilir”, - Rusiya MN-in məlumatında qeyd olunub.
***
"205 nəfər də Rusiya əsirliyindən Ukraynaya qayıdıb", - Zelenski
Ukrayna Prezidentinin sözlərinə görə, bunlar “Mariupolun və bütün cəbhə xəttinin müdafiəçiləridir”.
O, həmçinin "bu mübadilədə işləyən hər kəsə" və "ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinə vasitəçilik və köməyə görə" təşəkkür edib.