Rusiya ombudsmanı "hədsiz və ədalətsiz sərtlikdən" dəm vurur
Öz gözündə tiri görməyən Tatyana Moskalkova özgə gözündə tük axtarır

Moskva Bakıdan Azərbaycanda saxlanılan ruslara qarşı hədsiz və ədalətsiz sərtlikdən imtina edəcəyini gözləyir.
Bu sözləri Rusiya ombudsmanı polis general mayoru Tatyana Moskalkova deyib.
Xanım general Azərbaycandan "hədsiz dərəcədə sərt tədbirlər" tətbiq edildiyini, "ədalətsizliklər və qanunsuzluqların" aradan qaldırılmasını tələb edir.
Moskalkova şikayət edib ki, "Azərbaycan tərəfi saxlanılan ruslara qarşı görülən tədbirlərin adekvatlığının yoxlanılması ilə bağlı sorğu göndərsə də, Bakı belə bir yoxlamanın nəticələri barədə məlumat verməyib".
Xanım polismen Azərbaycanı Rusiya əyaləti ilə deyəsən səhv salıb və belə düşünür ki, rəsmi Bakı ona hesabat verməlidir. Rəsmi Moskva isə Səfərovlar qardaşlarının FSB tərəfdən vəhşicəsinə qətlə yetirməsini Rusiyanın daxili işi hesab edir.
Xüsusi ilə xanım general mayor üçün Rusiya hüquq-mühafizə orqanlarının miqrantlara qarşı törətdikəri vəhşilikləri əks etdirən görüntüləri təqdim edirik: