Rusiya paytaxtına qış qayıdıb, qar örtüyünün qalınlığı 12 sm
Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi xəbər verir FOTO
Moskva qar altında qalıb, xəsarət alanlar var.
Bu gün Moskva qar fırtınasına məruz qalıb. Son 24 saat ərzində şəhərə 21 millimetr yağıntı düşüb, qar örtüyünün qalınlığı 12 santimetrə çatıb. Rusiya Hidrometeorologiya Mərkəzi bildirib ki, çox güclü qərb küləyi 25 m/s-yə çatdığı üçün hava xəbərdarlıq səviyyəsi ikinci ən yüksək səviyyəyə, narıncı səviyyəyə qaldırılıb.

Şiddətli hava şəraiti paytaxtda qatarların və təyyarələrin gecikməsinə, ağacların yıxılması səbəbindən avtomobillərin zədələnməsinə və bir neçə rayonda müvəqqəti elektrik kəsintilərinə səbəb olub. Moskva bölgəsində artıq iki nəfərin xəsarət aldığı bildirilir.

Güclü qar yağışı və külək nəticəsində Moskvada təxminən 50 ağac aşıb.

Biri uşaq olmaqla dörd nəfər ağacların aşması nəticəsində xəsarət alıb.
Moskvada gündüz 1-3 dərəcə isti, gecə isə 10-6 dərəcəyədək şaxta gözlənilir.

Qeyd edək ki, Rusiyanın dörd regionunda əlverişsiz hava şəraitinə görə 1 uşaq həlak olub, daha 31 nəfər xəsarət alıb
Hadisələr Sibir, Privoljye, Mərkəzi və Şimal-Qərb federal dairələrinin ərazisində qeydə alınıb.
FHN vurğulayır ki, əlverişsiz hava şəraiti səbəbindən bu ərazilərdə 76 mindən çox insan işıqsız qalıb.
1 dəqiqə