XƏBƏRLƏR / Hərbi

Rusiya qoşunları Suriyanı tərk edir FOTO

Bunu "Maxar" peyk görüntüləri təsdiq edir

Rusiya qoşunları Suriyanı tərk edir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Son 48 saat ərzində yeni "Maxar"peyk görüntüləri Rusiya hərbi texnikasının Suriyadan çıxarılmasının davam etdiyini təsdiqləyir.

    Dekabrın 15-də çəkilmiş fotoda hərbi yük maşınları və şəxsi heyət Xmeymim aviabazasında, İlyuşin İl-76 nəqliyyat təyyarəsinin yanında uçuş-enmə zolağında yığılıb.

    Dekabrın 17-də çəkilmiş fotoda Tartus limanının hərbi hissəsində yığılmış hərbi yük maşınları və zirehli maşınlar əks olunub.