Rusiya qosunları Suriyanın Qamışlı aerodromunu tərk edir
"Kurdistan24" televiziyası hadisə yerindən birbaşa yayım təşkil edib
Rusiya Suriyadakı Qamışlı Hava Limanından qoşunlarını və texnikasını geri çəkir
Rusiya Suriyanın şimal-şərqindəki Qamışlı Hava Limanından qoşunlarını və ağır texnikasını geri çəkməyə başlayıb. "Kürdistan24" telekanalının birbaşa yayıındakı görüntülərdə qırıcı təyyarələrin, helikopterlərin və hərbi texnikanın nəqliyyat təyyarələrinə yükləndiyi görünür. Məlumata görə, onlar Suriya sahillərində yerləşən Latakiyadakı mövcud Rusiya hərbi bazalarına köçürüləcək.

Kurdistan24 qeyd edir ki, "Qamışlı və ətraf ərazilərin sakinləri üçün Rusiya müşahidəçi komponentinin geri çəkilməsi onları humanitar böhranın pisləşməsinin davam etdiyi və regionun siyasi gələcəyinin qeyri-müəyyən qaldığı bir vaxtda əsas beynəlxalq arbitrdən məhrum edir".
1 dəqiqədən az