XƏBƏRLƏR / Qayıdış

Rusiya sülhməramlılarının maşınları Laçın yolundan keçdi

Azərbaycanlı ekofəalların etiraz aksiyası 27 gündür davam edir

Rusiya sülhməramlılarının maşınları Laçın yolundan keçdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri bu gün səhər saatlarında Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçib. Sülhməramlılara məxsus daha iki yük və bir minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

    Xatırladaq ki, azərbaycanlı ekofəalların Qarabağdakı faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil olunan etiraz aksiyası 27 gündür davam edir.