XƏBƏRLƏR / Siyasət

Rusiya və ABŞ-ın növbəti görüşü İstanbulda olacaq

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib

Rusiya və ABŞ-ın növbəti görüşü İstanbulda olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək.

    Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

    Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.

    Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.

    Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir.

    Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya-ABŞ danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.