Rusiya və Ukrayna atəşkəs barədə razılığa gəliblər
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında Ukrayna paytaxtında keçiriləcək görüşlərə hazırlıq və onlar arasında aparılan görüşlərlə əlaqədar olaraq şənbə günü gecə yarısından başlayaraq Kiyevə hücumların üç gün müddətinə dayandırılmasını əmr edib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Həqiqətən də (Kiyevin atəşkəsi haqqında - "İnterfaks") belə bir məlumat daxil olub. Ali Baş Komandan Prezident Vladimir Putin bu gün gecə yarısından başlayaraq üç gün ərzində Kiyevə hücumların dayandırılmasını əmr edib", - deyə Peskov "İnterfaks" agentliyinə bildirib.
Kreml sözçüsünün sözlərinə görə, "bu, Kiyevdə amerikalılar arasında görüşlərə hazırlıq və onlar arasında görüşlərlə bağlıdır".
1 dəqiqə