XƏBƏRLƏR / Münaqişə

Pezeşkian ABŞ-dan atəşkəs istəyib?

Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində yazıb

Pezeşkian ABŞ-dan atəşkəs istəyib?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tramp: “İran Prezidenti ABŞ-dan atəşkəs istədi”

    Bu gün ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında paylaşım edərək, İran Prezidenti Məsud Pezeşkianın atəşkəs istədiyini açıqlayıb. 

    “Sələflərindən xeyli az radikal və daha ağlabatan olan İranın yeni prezidenti ABŞ-dan atəşkəs istədi! Hörmüz boğazı açıq, azad və təhlükəsiz olanda bunu nəzərdən keçirəcəyik. O vaxta qədər İranı məhv edəcəyik və ya necə deyərlər, onu Daş dövrünə qaytaracağıq!!!”, - deyə, Tramp vurğulayıb.