Rusiya Xəzər dənizində hərbi təlimi kimə qarşı keçirir?
Rusiyanın Xəzər Donanmasının mətbuat xidməti irimiqyaslı təlim haqda xəbər verir

Xəzər Donanması Rusiya Federasiyasının dəniz təsərrüfat fəaliyyəti ərazilərinin mühafizəsi üzrə təlimlərə 15-dən çox gəmi cəlb edib.
Xəzər Donanması dəniz təsərrüfat fəaliyyətinin və gəmiçilik vasitələrinin təhlükəsizliyini təmin etmək üçün təlimlər keçirir.
“Xəzər dənizində dəniz təsərrüfat fəaliyyətinin və gəmiçilik obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün flotiliyanın güc qruplarının (qoşunlarının) müxtəlif tədbirləri tətbiq olunacaq”, - Xəzər Donanmasının mətbuat xidmətinin bəyanatında deyilir.
Xüsusilə, baza ərazilərinin və dəniz təsərrüfat fəaliyyəti sahələrinin müdafiəsi, pilotsuz katerlərin və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi vəzifələri həll edilməlidir. Komanda-qərargah təlimlərinin məqsədi müasir və qabaqcıl silah və hərbi texnikanın tətbiqi ilə qeyri-standart tapşırıqların həlli zamanı dənizdə qüvvələr (qoşunlar) qruplarını idarə etmək üzrə flotiliyanın birləşmə və hərbi hissələrinin komanda heyətinin vərdişlərinin təkmilləşdirilməsidir”, - deyə mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, donanmanın komandiri Oleq Zverevin rəhbərliyi ilə keçirilən komanda-qərargah təlimlərinə 15-dən çox hərbi gəmi və yardımçı gəmi cəlb olunub. Aviasiya və sahil raket kompleksləri ilə əməkdaşlıqda silahların praktiki tətbiqi ilə 25-dən çox tapşırıq yerinə yetiriləcək.