XƏBƏRLƏR / Təyyarə qəzası

Rusiya XİN Aktauda təyyarə qəzası ilə bağlı bəyanat yayıb

Bəyanatda heç bir mövqe bildirilmir...

Rusiya XİN Aktauda təyyarə qəzası ilə bağlı bəyanat yayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya Xarici İşlər Nazirliyi AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı müəmmalı bəyanat yayıb. Bəyanatda heç bir mövqe bildirilmir və başsağlığı da yoxdur. 

    Bəyanatın tam mətninin tərcüməsini təqdim edirik:

    "İnternetdə NATO ölkələrində məskunlaşan xarici agentlərin təhriki ilə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının bəzi yüksək rütbəli əməkdaşlarının guya 2024-cü il dekabrın 25-də Aktauda baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirliklərinin nümayəndələri ilə versiyalar hazırlamaq üçün danışıqlar apardıqları barədə saxta məlumat yayılır.

    Bu ölkələrin xarici işlər nazirlikləri ilə bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb.

    Təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırmalar müvafiq idarələr tərəfindən aparılır.

    Belə bəd niyyətli dezinformasiyaların arxasında siyasi sifarişin olduğu açıq-aydın görünür.

    Biz insan faciələrindən PR etmək cəhdlərini ləyaqətsiz və qəbuledilməz hesab edirik".