Rusiya XİN rəsmisi İstanbulda ölü tapıldı
Bu barədə “TRT Haber” məlumat yayıb
Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Nikolay Kobrinets İstanbulda ölü tapılıb.
Türkiyə polisi onun meyitini qaldığı hotel otağında aşkarlayıb.
Rusiya XİN-də şöbə müdiri olan Kobrinetsin İstanbula toplantı üçün gəldiyi bildirilir.
Onun ölüm səbəbi araşdırılır.