XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda orta illik inflyasiya 2 dəfədən çox artıb

Məlumatı Dövlət Statistika Komitəsi yayıb

Azərbaycanda orta illik inflyasiya 2 dəfədən çox artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2%-ə qarşı 5,6% təşkil edib.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində ərzaq, içki və tütün məhsullarının qiymətləri 6,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 2,5%, əhaliyə pullu xidmətlərin qiymətləri isə 6,5% artıb.

    2025-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ilin dekabr ayı ilə müqayisədə 5,2% artıb. Ərzaq, spirtli içkilər və tütün məhsullarının qiymətləri 6,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 2,5%, əhaliyə pullu xidmətlərin qiymətləri isə 6,5% artıb.

    Noyabr ayı ilə müqayisədə dekabr ayında inflyasiya 0,8% təşkil edib. Eyni zamanda, ərzaq, içki və tütün məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə xidmətlərin qiymətləri isə 0,3% artıb.