Rasim Musabəyov "Şərəf" ordeni ilə təltif edilib
Prezident müvafiq sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Rasim Nəsrəddin oğlu Musabəyovu "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, R.N.Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, yanvarın 1-də Rasim Musabəyovun 75 yaşı tamam olur.
1 dəqiqədən az