Moskvadan Bakıya gələn şəxs təyyarədə öldü
Hadisə "Utair" aviaşirkətinin Moskva-Bakı reysini yerinə yetirən təyyarəsində baş verib
Moskvadan Bakıya gələn təyyarədə sərnişin vəfat edib.
Hadisə saat 13:45-də yola düşən təyyarədə baş verib.
"Heydər Əliyev Adına Beynəlxalq Hava Limanı" məlumatı təsdiq edib.
Sorğuya cavab olaraq bildirilib ki, "Utair" aviaşirkətinin Moskva-Bakı reysini yerinə yetirən təyyarəsində sərnişin dünyasını dəyişib.
"1949-cü il təvəllüdlü kişinin meyiti təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etdikdən sonra müvafiq qurum nümayəndələrinə təhvil verilib", - məlumatda qeyd olunur.