XƏBƏRLƏR / İctimaiyyət

Ucarda 14 nəfər zəhərlənib

Korporativ bayram tədbirindən sonra bir qrup şəxsin halı pisləşib

Ucarda 14 nəfər zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ucarda keçirilən korporativ bayram tədbirindən sonra bir qrup şəxsin halı pisləşib.

    Rayon mərkəzi xəstəxanasından bildirilib ki, bu gün zəhərlənmə şübhəsi ilə 14 nəfər (3 kişi, 11 qadın) Təcili tibbi yardım şöbəsinə müraciət edib.

    Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.