Rusiya Zəngəzur dəhlizilə bağlı İranla razılaşmaya sadiqdir
Bunu İranın Ali Milli TŞ-nın katibi Əhmədianla görüşdə Rusiya TŞ katibi Şoyqu deyib
“Mehr” agentliyi xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvanın “Zəngəzur dəhlizi ilə bağlı İranla əvvəlki razılaşmalara sadiq olduğunu” bildirib.
Şoyqu bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə bildirib. “Rusiya Tehranla Zəngzurla bağlı əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bununla bağlı siyasəti qətiyyən dəyişməyib”, - Şoyqu bildirib.
Söhbət zamanı Təhlükəsizlik Şurasının katibi deyib ki, Moskva Tehranın ölkənin Fars körfəzindəki üç ada üzərində suverenliyini dəstəkləyir.