Türkiyə İrana humanitar yardım göndərib
Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu xəbər verib
Türkiyə İrana tibbi lavazimatlarla dolu humanitar göndərib.
Bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu özünün "X" sosial media hesabında yazıb.
"İnsani prinsiplərlə könül coğrafiyamızın hər guşəsindəki məzlumlara dəstək olmağa, yaraları sağaltmağa və ümidləri yenidən cücərtməyə davam edirik. Bu inamla hazırlanmış tibbi ləvazimat və avadanlıqlarla yüklənmiş yardım TIR-larımız qonşu İrana doğru yola çıxıb. İnsanı həyatını diqqətdə saxlayan bir yanaşma ilə sahib olduğumuz bütün imkanları şəfa gözləyənlər üçün səfərbər etməyi davam etdirəcəyik", - nazir qeyd edib.
1 dəqiqədən az