XƏBƏRLƏR / Qonşular

Rusiya Ermənistan məhsullarını geri qaytarıb

Bu barədə "Sputnik Armeniya" məlumat yayıb

Rusiya Ermənistan məhsullarını geri qaytarıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.

    Bu barədə "Sputnik Armeniya" “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyana istinadən məlumat yayıb.

    Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə erməni yük maşını sərhəd-keçid məntəqəsindən geri qayıtmağa məcbur olub.

    Deputatın daşıyıcılara istinadla verdiyi məlumata əsasən, səbəb kimi guya yeni fitosanitar tələblərin tətbiqi göstərilir.

    Danielyan qeyd edib ki, yaranmış vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vurur.

    "Hətta tikinti materialları daşıyan maşınlar da çətinliklə üzləşir. Onlarla yük maşını hələ də qeyri-müəyyən şəraitdə qərarın verilməsini gözləyir", - o, qeyd edib.

    Deputat vurğulayıb ki, hökumət baş verənlərə adekvat reaksiya vermir və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.