XƏBƏRLƏR / Məhkəmə

Rusiyalı kibercinayətkarlara 3 il iş kəsildi

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib

Rusiyalı kibercinayətkarlara 3 il iş kəsildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci ilin iyul ayında həbs edilən iki rusiyalı - İqor Zabolotskix və İlnur Valitov haqqında hökm oxuyub. Onlar kibercinayətkarlıq yolu ilə əldə edilmiş 98.000 manatı yumaqda ittiham olunurlar.

    Zabolotskix və Valitov Azərbaycan Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması) ilə təqsirli biliniblər. Onlar üç il müddətinə azadlıqdan məhrum ediliblər.

    Aprel ayının əvvəlində digər rusiyalı Aleksandr Vaysero da oxşar ittihamlarla dörd il müddətinə azadlıqdan məhrum edilib.