XƏBƏRLƏR / Münaqişə

Rusiyanın dronlarında Hindistana məxsus komponentlər tapılıb

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib

Rusiyanın dronlarında Hindistana məxsus komponentlər tapılıb
Andrey Yermak
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb.

    Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

    Yermak bu dronların cəbhəboyu ərazilərdə və mülki infrastruktura qarşı hücumlarda istifadə olunduğuna diqqət çəkib.

    Ukrayna rəsmisi Rusiyanı başqa ölkələrdən dron hissəcikləri idxal etmək imkanından məhrum etməyin vacibliyini vurğulayıb və Rusiyanın enerji resurslarını almağın müharibəni maliyyələşdirməyə bərabər olduğunu bəyan edib.