XƏBƏRLƏR / Diplomatiya

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb

Bu barədə "RİA Novosti" məlumat yayıb

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş PUA-larla bağlı insidentlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə "RİA Novosti" məlumat yayıb.

    "Sentyabrın 10-da yerli vaxtla saat 12:00-da XİN-ə çağırılmışam", - diplomat agentliyə bildirib.

    Məlum olduğu kimi, Polşa sentyabrın 10-u gecə saatlarında Ukraynaya qarşı kütləvi hücum zamanı Rusiya dronlarının onun hava məkanını pozduğunu bildirib və ilk dəfə olaraq onları vurmağı qərara alıb.