XƏBƏRLƏR / Münaqişə

Rusiyanın pilotsuz təyyarələri Moldovada düşüb FOTO

Bu barədə Moldovanın xarici işlər naziri Mixay Popsoyun verdiyi açıqlamada deyilir

Rusiyanın pilotsuz təyyarələri Moldovada düşüb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Moldovanın müxtəlif bölgələrində yerli sakinlər düşmüş iki pilotsuz təyyarə aşkar ediblər.

    Moldova xarici işlər naziri Mixay Popsoyun verdiyi açıqlamaya görə, pilotsuz təyyarələr Rusiyaya məxsus olub.

    "Ukraynanın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün istifadə edilən iki rus pilotsuz təyyarəsi Moldovada qəzaya uğrayıb, moldovalıların həyatını təhlükəyə atıb və hava məkanımızı pozub.

    Biz bu təcavüzkar müdaxilələri və Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibəni bir daha pisləyirik," - bəyanatda deyilir.