Ermənilər Üçtərəfli Bəyanatı pozdular VİDEO

MÜDAFİƏ NAZİRLİYİNİN MƏLUMATI

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb.

    Videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib.

    Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb.

    Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir.

    ANS Press: Azərbaycanın Gorus-Laçın sərhədində Həkəri çayı üzərindəki körpünün Azərbaycan tərəfində nəzarət-keçıd məntəqəsi quraşdırması üçün heç bir əngəl və çətinlik qalmadı.