XƏBƏRLƏR / Hərbi

Rusiyanın "Tatarıstan" gəmisi Bakı limanına gəlib FOTO

Beynəlxalq Dəniz Vağzalında Xəzər donanmasının gəmisinin təntənəli qarşılanma mərasimi olub

Rusiyanın "Tatarıstan" gəmisi Bakı limanına gəlib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.
    Gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.

    Səfər çərçivəsində gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.