XƏBƏRLƏR / Hərbi

Qarsda hərbi “Qış təlimləri 2025” davam edir FOTO

Təlimdə Azərbaycan da daxil olmaqla 199 müxtəlif ölkədən 12 199 şəxsi heyət iştirak edib

Qarsda hərbi “Qış təlimləri 2025” davam edir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Qars şəhərində hərbi “Qış təlimləri 2025” çərçivəsində yeni tapşırıqlar yerinə yetirilib, Anadolu agentliyi xəbər verir.

    Qeyd olunur ki, təlimlər çərçivəsində saxta düşmənin ərazisinə daxil olmaq üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin helikopterlərin köməyi ilə onun sığınacaqları dağıdılıb.

    Bundan əlavə, sərt qış şəraitində hərbçilərin döyüş qabiliyyəti və imkanları sınaqdan keçirilib.

    Təlimdə Azərbaycan da daxil olmaqla 199 müxtəlif ölkədən 12 199 şəxsi heyət iştirak edib.