XƏBƏRLƏR / Neft və Qaz

Rusiyaya guya sanksiya qoyan Avropa rekord miqdarda qaz alır

Bu ikili startlardan və beynəlxalq dələduzluqdan "Bloomberg" yazır

Rusiyaya guya sanksiya qoyan Avropa rekord miqdarda qaz alır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Rusiyadan rekord miqdarda mayeləşdirilmiş təbii qaz (LNG) alır - Bloomberg

    Agentlik qeyd edir ki, satılan LNG-nin həcmləri artıq Moskvanın yanvarın 1-ə qədər Ukrayna ərazisindən nəql etdiyi həcmləri üstələyib (Son illərdə orta hesabla sutkada 35-40 milyon kubmetr qazın nəqli olub).

    Belə ki, "Bloomberg"in məlumatına görə, əgər 2020-ci ildə Avropa Rusiyadan təxminən 10,5 milyon ton LNG alıbsa, 2024-cü ildə bu rəqəm rekord həddə - 15,5 milyon tona yüksəlib.

    Agentliyin hesablamalarına görə, Rusiya tranzitin dayandırılmasından ciddi itkilərə məruz qalmayacaq, Ukrayna isə ÜDM-in 0,5%-ni itirəcək.